
İsveçin "Kalmar” klubunda çıxış edən Emin Nurinin Azərbaycan millisinə çağırılmasının bəzi təfərrüatları üzə çıxıb. Bu barədə Sportnet.az-a yığmamızın məşqçisi Mahmud Qurbanov məlumat verib.
O, bildirib ki, 29 yaşlı müdafiəçini millimizə Berti Foqtsun yeni köməkçisi Volfqanq Rolff dəvət edib. Bu məqsədlə almanıyalı mütəxəssis İsveçə yollanaraq əslən Bolqarstandan olan futbolçunun oyununa baxıb.
Qurbanov Nurini İsveçdə yaşayan Olimpiya çempionumuz və millimizin sabiq baş məşqçisi İqor Ponomaryovun təklif etməsi ehtimalına inanmadığını bildirib: "Bu, bəlkə də belə olub. Açığı, inanmıram”.
Qeyd edək ki, Azərbaycan millisi avqustun 20-də "Bakcell Arena"da Özbəkistan yığması ilə yoldaşlıq oyunu keçirəcək. Emin Nuri də məhz bu oyuna dəvət alıb.