"Qarabağ" komandasının Hollandiya "Tvente"si ilə Avropa Liqasının ilk "pley-off" matçına hazırlıq məqsədilə Tofiq Bəhramov adına Respublika stadionunda nəzərdə tutulan bütün məşqləri ləğv olunub. Bu barədə Sportnet.az-a mərkəzi arenanın direktoru Akif İsmayılov məlumat verib.
İsmayılov bu qərarı stadionun ot örtüyünün zədələnməməsi üçün qəbul etdiklərini bildirib. Onun sözlərinə görə, Avstriya "Zalsburq"u ilə cavab görüşündən sonra "Qarabağ" Respublika stadionunda məşq etməyib. Hətta Ağdam komandasının avqustun 16-da "İnter"lə Topaz Premyer Liqasının II tur matçı da başqa arenaya keçirilib. Direktor isti hava şəraiti ilə əlaqədar stadionun ot örtüyünü qorumaq məcburiyyətində qaldıqlarını söyləyib: "Qərarı komanda rəhbərliyi ilə birgə vermişik. Stadionumuzda yalnız "Tvente" sabah saat 21:30-da məşqə çıxacaq. "Qarabağ" isə ola bilsin, yüngül qaçışla kifayətlənəcək".
Qeyd edək ki, avqustun 21-də keçiriləcək "Qarabağ" - "Tvente" matçı saat 21:00-da başlanacaq.
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |