
Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts Özbəkistanla yoldaşlıq oyunu öncəsi mətbuat konfransı keçirdib. Sportnet.az-ın məlumatına görə, almaniyalı mütəxəssis bir sıra məqamlara aydınlıq gətirib.
- Belə bir oyun keçirəcəyimiz üçün çox şadam. Axırıncı dəfə ABŞ yığma komandası ilə qarşılaşmışdıq. Təəssüf ki, bundan sonra avqustda FİFA-nın oyunları çərçivəsində oyunlar olmayacaq.
- Niyə məhz Özbəkistan millisini seçdiniz?
- Bolqarıstana uyğun Avropada komanda tapmaq çətindi. Bu matçda buraxılan səhvləri özüm üçün qeyd edəcəm.
- "Qarabağ” və "Neftçi”nin futbolçularının iştirak etməməsi oyuna təsir edəcək?
- Şadam ki, onlar meydanda olmayacaqlar. Çünki onlar Avroliqanın qrupunda oynamaq imkanları var. Onların bu mərhələni keçmısi üçün uğurlar arzulayıram.
- Reynaldo və Riçard Almeydanın milliləşdirilməsi üçün AFFA-ya təklif vermisinizmi?
- Bu, AFFA-ya aid işdi. Həmin futbolçular vətəndaşlıq almaq üçün ən azı 5 il Azərbaycanda oynamalıdılar.
- Lakin milliyə yeni cəlb olunan Sultanpur ölkə çepionatında debüt etməmiş, milliyə çağırıldı.
- Kim dedi ki, o, oyunda iştirak edəcək?! O, sadəcə toplanışa dəvət olunub.
- Milliyə ilk dəfə çağırılan Emin Nuri dünənki müsahibəsində Azərbaycanla bağlılığının olmamağını bildirib...
- Emin sualı səhv başa düşüb. Elə başa düşüb ki, hazırda Bakıda yaşayan qohumlarından sual verilir. Əslində, belə deyil. Onun Azərbaycanla bağlılığı var. Mən anlamıram, Reynaldo kimi Azərbaycana aid olmayan futbolçuların millidə oynamasını istəyirsiz, lakin əsli Azərbaycandan olan futbolçuların milliyə çağırılmasını müzakirə edirsiniz?!
- 6 ildir Azərbaycan futboluna xidmət edirsiniz. Bəs sizə Azərbaycanın fəxri vətəndaşı olmaq təklif olunsa, qərarınız nə olar?
- Məmnuniyyətlə qəbul edərəm. Ən gözəl, rəsmi paltarımı geyinib, o mərasimdə iştirak edərəm.
- Cihan Özkara rəsmi görüşlərdə qol vura bilməsə də, niyə yenə də yığmaya çağırılır?
- Ciihan məşqlərdə özünü yaxşı tərəfdən göstərsə də, meydanda sanki zədələnməkdən qorxur. Onunla söhbətim olub. Bu ona verdiyim son şansdır. Özü ilə də söhbətim olub.
- Elnur Abdullayev Rusiyanın oyun üslübünün Bolqarıstanla bənzər olduğunu bildirdi. Siz də buna görə Rusiyanı seçmisiz?
- Heç bilməzdim ki, Elnur belə peşəkar açıqlama versin. Biz Bolqarıstanın bütün kartlarını öyrənmişik. Onlar bizə qarşı heç nə edə bilməzlər. Rusiya isə nəsə edə bilər. Çünki bu komandaya çoxlu gənclər çağırılıb. Heyətində güclü, sürətli futbolçular çoxdur.