
"Bakcell Arena”da keçiriləcək oyun 21:00-da başlanacaq.
Qeyd edək ki, FİFA-nın reytinq cədvəlində Azərbaycan millisi 73-cü, Özbəkistan isə 51-ci sırada qərarlaşıb.
20 avqust
1` Azərbaycan - Özbəkistan matçı başladı.
3` Özbəkistan futbolçularının hücumu. Səlahət Ağayev topu tutdu.
5` Ruslan Abışov Sardor Raşidova qarşı kobud oynadı.
9` Özbəkistan millisi hesabı açmağa yaxın oldu. Lakin müdafiəçilərimiz təhlükəni sovuşdurdular.
11` Rasim Ramaldanov qaydanı pozdu. Vladimir Kozak cərimə zərbəsini yerinə yetirdi. Top qapının üstündən keçdi.
14` Ruslan Abişov yenə qaydanı pozdu.
16` Rahid Əmirquliyevə qarşı kobudluq. Mahir Şükürov cərimə zərbəsini yerinə yetirdi. Lakin topa yetişən olmadı.
18` Ruslan Abışov zədələndi. Hakimlər ona meydandan kənarda yardım göstərir.
53` Özbəkistan futbolçuları əl ilə oynadı. Hakim cərimə zərbəsi təyin etdi.
56` Rauf Əliyevin qapıya zərbəsi. Top qapının üstündən keçdi.
65` Millimizin hücumu. Hakim oyundankənar vəziyyət qeydə aldı.
69` Futbolçularımızın hücumu nəticəsiz qalır.
71` Azərbaycan futbolçuları hücum qurdu. Lakin futbolçular bir-birilərini anlaya bilmədilər.
75` Özbəkistan futbolçuları cərimə zərbəsini yerin yetirir. Səlahət Ağayev topu dəf etdi.
77` Əfran İsmayılovun hücumu. Hakim oyundankənar vəziyyət olduğu oyunu saxladı.
82` Rasim Ramaldanov zədələndi. Millimiz cərimə zərbəsini yerinə yetirəcək.
88` Özbəkistan millisinin yerinə yetirdiyi cərimə zərbəsinin qarşısı alındı.
90` İkinci hissəyə 5 dəqiqə əlavə olundu.
90+3` Oyun meydanın mərkəzində keçir.
90+5` Oyun 0:0 hesabı ilə başa çatdı.