
Avropa Liqasının ilk "pley-off" matçı öncəsi "Qarabağ" və Hollandiyanın "Tvente" klubunun rəhbərləri bir araya gəlib. Sportnet.az-ın məlumatına görə, onlar 5 il sonra yenidən bir araya gəliblər.
"Qarabağ"ın vitse-prezidenti Tahir Gözel, "Azersun Holding"in rəhbərlərindən Fevzihan Arasla "Tvente"nin prezidenti Yoop Munsterman süfrə arxasına toplaşıblar. Dostluq və qardaşlıq şəraitində keçən görüş sonrası tərəflər xatirə şəkli çəkdiriblər.