28 yaşlı yarımmüdafiəçi bildirib ki, "Tvente" Bakıda nüfuzunu qorumağı bacarıb və hədəfə yaxınlaşıb: "İndi biz bu fürsətdən cavab görüşündə yararlanmalıyıq. Öz meydanımızda yaxşı meydanda oynamaq sözsüz ki, xeyrimizə olacaq. Bu gün isə şərtlər çox ağır idi".
Qeyd edək ki, "Qarabağ" - "Tvente" matçında hesab açılmayıb. Cavab görüşü avqustun 28-də olacaq.