İsmayılov "Neftçi"nin "Partizan"ı Respublika stadionunda qəbul edəcəyi barədə xəbərləri yalnız mətbuatdan oxuduğunu biıldirib. Onun sözlərinə görə, flaqman bu arenadan yararlanmaq üçün ilk növbədə, stadionun durumu ilə maraqlanmalı və müqaviləyə imza atmalıdır: "Bizim yalnız "Qarabağ”la müqaviləmiz var. "Neftçi” oyununu burada keçirtmək istəyi ilə bizə müraciət etməyib. Onların "Bakcell Arena”sı var. UEFA-nın saytının nə yazdığı mənə maraqlı deyil. Klubun prezidenti Sadıq Sadıqovla dostam, yaxınam. Ancaq bu klubdan bizə nə rəsmi, nə də şifahi bildiriş gəlib. Təklif olunsa belə, deyəcəyəm ki, stadionun vəziyyəti budur. Oynadıqdan sonra mənə şikayət etməsinlər ki, stadionunun ot örtüyü pis vəziyyətdə idi. Cavab görüşünədək ot örtüyündə ciddi dəyişiklik gözlənilmir".
Qeyd edək ki, "Neftçi" və "Partizan" arasında cavab görüşü avqustun 28-də keçirilməlidir.