Azərbaycan milli komandasının futbolçusu Mahir Şükürovun çıxış etdiyi Türkiyənin "Karşıyaka" klubu doğma stadionundan məhrum
olub. Sportnet.az-ın məlumatına görə, səbəb klubun ev oyunlarını keçirtdiyi "Alsancak" stadionunda zəlzələ təhlükəsinin olmasıdır.
Stadionun fəaliyyəti artıq dayandırılıb. Bu məqamda Buca Bələdiyyəsinin sədri Levent Piriştina "Karşıyaka”ya kömək əlini uzadıb. "Alsancak"da zəlzələ riski keçənə kimi, "Karşıyaka” ev oyunlarını "Buca
Arena”da keçirəcək.
Qeyd edək ki, Mahir Şükürov "Karşıyaka" ilə iki ay öncə 1+1 illik müqavilə imzalayıb.