1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Nə etməli? - TƏHLİL
Dünən "Qarabağ” və "Neftçi” Avropa Liqasında ilk "pley-off” oyunlarını keçirdi. Qələbə qazana bilməsələr də, Hollandiya "Tvente”si və Serbiya "Partizan”ı ilə ilk matçların nəticələri komandalarımızın qrupa düşmə şanslarını minimuma endirmədi. 0:0 və 3:2 hesabları rəqiblər üçün daha əlverişlidir. Odur ki, kim cavab oyununa daha yaxşı hazırlaşacaqsa, o da qalib gələcək.
Gəlin, komandalarımızın ilk oyunların nəzərdən keçirək və şansları qiymətləndirək.
Əvvəlcə "Neftçi” barədə. Belqradda keçirilən oyunu "Partizan” udmadı, "Neftçi” uduzdu. 2:0-lıq üstünlük arxayınçılıq yaratdı və nəticədə komandamız məğlub oldu. Buraxdığımız qollara fikir verin, iki avtoqol və bir ofsayd. Lakin bununla rəqibin gücünü kiçiltmək olmaz. "Partizan” taktiki cəhətdən hazırlıqlı görünür və çox sürətli futbol oynayırdı. Amma "Neftçi”nin də müəyyən üstünlükləri var. Oyunçu potensialına görə, zənnimcə, komandamız rəqibindən üstündür. "Partizan”da Vobay, Flavinyo kimi "texnar”lar yoxdu. Bu fərdi bacarığı yüksək olan futbolçuların hesabına komandamız lazım olan qolu vura bilər. Lakin bunu ilk 60 dəqiqə ərzində etmək lazımdır. Çünki "Neftçi” rəqibi ilə 90 dəqiqə ayaqlaşa bilmir. Biz bunu "Çixura” ilə oyunda da gördük.
"Partizan” da fiziki güc və dözümlülük baxımından komandamızdan üstündür. Ona görə "Neftçi” qolunu və ya qollarını tez vurub sonra da qapanaraq, gücünə qənaət etməklə, lazım olan hesabı hakimin final fitinə qədər daşımalıdır. Karlos Kardosonun da oynayacağını və azarkeş amilini nəzərə alsaq, düşünürəm ki, bakılılar işinin öhdəsindən gələ bilər. Ancaq bunun üçün qarşıdakı bir həftəni "Neftçi” rəhbərliyi və məşqçilər heyəti gərgin işləməlidir.
Zənnimcə, taktiki və psixoloji cəhətdən hazırlığa daha çox ehtiyac var. Fiziki hazırlıq üçün müddət çox azdır və bu, əks-effekt verə bilər. Yəni, komandada yorğunluq yaranar və nəticədə oyun zamanı komanda daha tez dayanar. Belqraddakı görüşdə isə komandamız 60-70 dəqiqə vuruşdu və yalnız bundan sonra bir qədər dayandı. Buna həm də rəqibin oyunu əvvəldən axıradək eyni tempdə keçirməsi səbəb oldu.
Ümumiyyətlə, Avropa komandalarının əsas üstünlüyü 90 dəqiqə ərzində yorulmadan vuruşmalarıdır. Təkcə "Partizan” yox, "Qarabağ”ın rəqibi "Tvente” də belə oynayır, "Zalsburq" da belə idi. Milinko Pantiç də "Bakı”nı bu cür hazırlamaq istəyirdi. Məncə, "Qarabağ”ın işi "Neftçi”dən daha asandır. İrəlidə Reynaldo kimi texnika və sürətə malik usta var. "Tvente” qol vurmaq üçün hücum edəcək və bu zaman müdafiələrində boşluqlar yaranacaq. "Qarabağ”ın qapanaraq, əks-hücumda vuracağı bir qol məsələni bitirəcək.
İstənilən halda hər iki komandamızın mərhələ keçməsi məşqçilər heyətindən asılıdır. Onlar qalan müddətdə rəqibi və öz oyunlarını analiz etməli, Avroliqanın qrupuna düşmək üçün lazım olan nəticəni almaqdan ötrü baş sındırmalıdırlar.
RAQİB