
Azərbaycan Stolüstü Tennis Federasiyasının (ASTF) vitse-prezidenti Elmar İslam və baş katibi Könül Mikayılova bu gün "III MDB Oyunları"nda medal qazanmış idmançılarla görüşüb.
Federasiyanın mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, seçmə komandanın məşqçi heyətinin də qatıldığı tədbirdə stolustü tennisçilərin nəticələri yüksək qiymətləndirilib.
Stolüstü tennisçiləri təbrik edən federasiya rəsmiləri onlara gələcək yarışlarda da uğurlar arzulayıb, lazımi təklif və tövsiyyələrini veriblər.
Ardınca, III MDB Oyunlarında Azərbaycanı təmsil edən stolüstü tennisçilər və məşqçilərə, həmçinin, federasiya nümayəndələrinə ASTF-nin təşəkkürnaməsi, hədiyyə və mükafatı təqdim olunub.
Qeyd edək ki, stolüstü tennisçilər yarışda 6 gümüş, 3 bürünc medal qazanıblar.