
Qeyd edilir ki, UEFA və FİFA problemin həlli üçün RFS ilə Ukrayna Futbol Federasiyası arasında danışıqların aparımasında vasitəçilik etməyə hazırdır: "Çətin siyasi situasiyada fövqəladə komitəmiz Krım klublarının gələcək məlumatlandırılmayadək RFS bayrağı altında matçlarını tanımamağı qərara alıb. UEFA komandaların oynamaq istəklərinə maneə yaratmaq istəyində deyil. Lakin futbol matçları mütəşəkkil UEFA-nın nizamnaməsində idman və normativ-hüquqi baza çərçivəsində keçirilməlidir".