Baş hakim Fernandes Bombalan yazdığı raportda onun qaydalara zidd hərəkətlərini bir-bir sadalayıb: "Simeone əllərini qaldıraraq, çox açıq formada mənə etiraz etdi, texniki zonanı bir neçə dəfə keçdi və 4-cü hakimin xəbərdarlıqlarına məhəl qoymadı. Onu 25-ci dəqiqədə texniki zonadan qovdum. Baş məşqçi bundan sonra 4-cü hakimə yönələrək, 2 dəfə əli ilə onun başına vurdu. Üstəlik, qərarlarımı qəbul etmədiyi formasında alqışlayıb. 58-ci dəqiqədə isə qaydalara zidd olaraq, ehtiyat oyunçular skamyasının arxasındakı tribunada matçı izləyib".
Hakimə etiraz, 4-cü hakimin başına vurmaq və meydandan qovulduqdan sonra qaydalara zidd yerdə durmaqda israrlılıq Simeonenin 8 matçadək cəzasını şərtləndirir. İspaniya futbolunun qaydalarına əsasən, Simeonenin cəzası 4 oyundan çox olsa, bunlar çempionat oyunlarına da şamil ediləcək. Qərarın avqustun 25-də açıqlanacağı gözlənilir.
Qeyd edək ki, "Atletiko"nun 1:0 hesabı ilə qalib gələrək, Superkuboka sahib olduğu matçdan sonra Dieqo Simeone hərəkətlərindən dolayı üzr istəyib.