... Çox yaxşı xatırlayıram. 2000-ci il idi ilk dəfə Azərbaycana mən gələndə. Müharibə şəraiti idmana da təsirsiz ötüşməmişdi. "Turan”dakı şərait çox pis vəziyyətdə idi. Futbolçular məşqdən sonra paltarlarını özləri yuyardı, yemək isə ya çatardı, ya çatmazdı.
İndi isə Azərbaycan futbolu haralara qədər gəldi. "Neftçi” iki il öncə Avropa Liqasının qrupunda oynadı. İndi isə "Qarabağ”la birgə eyni şansı yaxalamaq üzrədirlər. Allah eşqinə, bu inkişaf deyil, bəs nədir?!
Artıq geriyə deyil, ancaq irəli baxmaq lazımdır. Bu uğurların daimi olmasına çalışmaq lazımdır. Azərbaycan klublarının nailiyyətlərini millidə də əldə etmək lazımdır.
"Neftçi” Serbiya "Partizan” ilə ilk oyunda qollu məğlubiyyətə uğrasa da, revanşta şansı rəqibindən yüksəkdir. Çünki 1:0 hesablı qələbə belə "Neftçi”nin qrupa düşməsi üçün yetərli olacaq. Məncə, "Neftçi” öz azarkeşləri önündə də eynilə hücum futbolu oynamalıdır. Amma müdafiəyə də önəm verilməlidir. Çünki rəqibindən üç qol vuraxıb, iki qol vurmaq bu komandanın bütün xarakterik özəlliklərini ortaya qoyur. Yəni, "Neftçi” çox asan qol vurur, eyni zamanda qəbul etmək lazımdır ki, eynən asanlıqla da qollar buraxa bilər. Hər şeyə rəğmən, mən "Neftçi”nin mərhələni keçəcəyinə inanıram.
"Qarabağ"a gəldikdə, "Neftçi” nə qədər "Partizan”la oyunda favorit sayılırsa, "Tvente”yə də mərhələni adlamaq üçün 1:0 hesabı bəs edəcək. Kağız üzərində "Tvente” üstün görünsə də, "Qarabağ”ın da şansları yüksəkdir. Əgər "Qarabağ” çox elastik müdafiə anlayışı ilə oynarsa və qol buraxmadan hücumu da optimal formada düşünərsə, müsbət nəticə əldə etmə şansı yüksək olacaq.
Salam ve sevgilərimlə...
Naci ŞENSOY