"Simurq" klubunu Draqan Çerana AFFA-nın İntizam Komitəsinin kəsdiyi 4 oyunluq cəza narazı salıb. Bu barədə Sportnet.az-a klubun icraçı-direktoru Vaqif Əliyev məlumat verib.
Lakin o, hələlik apelyasiyaya dair qərar vermədiklərini bildirib: "Bu barədə klubdaxili toplandıdan sonra mövqeyimizi açıqlayacağıq".
Qeyd edək ki, 27 yaşlı hücumçu Topaz Premyer Liqasının III turunda "Xəzər Lənkəran"la matçın 90+2-ci dəqiqəsində hakimi təhqir etdiyinə görə qırmızı vərəqə almışdır.