"Sabah çox vacib oyuna çıxacağıq. Bu, təkcə klub üçün yox, şəxsən futbolçular üçün böyük bir matçdır”. Sportnet.az-ın məlumatına görə, bunu "Neftçi”nin futbolçusu Karlos Kardoso Serbiya "Partizan"ı ilə Avropa Liqasının "pley-off" mərhələsinin cavab görüşü öncəsi deyib.
Braziliyalı müdafiəçisi karyerasında ilk dəfə qitə miqyaslı kubokların qrup mərhələsində oynamaq istədiyini söyləyib: "Avroliqanın qrup mərhələsində hələ oynamamışam. Ona görə də orda oynamağa böyük istəyim var. "Neftçi”nin qrupda oynamaq şansı var. Gərək emosiyalara yol verməyək. Avtoqola şərh vermək çətindir. Bir avtoqol vurmaq dünya futbolunda normal haldır. Ancaq öz qapına 2 qol vurmaq sürpriz kimi qiymətləndirilə bilər. Müdafiəçilərimiz əslində həmin matçda yaxşı oynamışdı. Sadəcə bəxt bizim tərəfimizdə olmamışdı”.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Neftçi" - "Partizan" matçı saat 21:00-da başlanacaq.