
Nəticədə qarşılaşma daha 30 dəqiqə uzanıb. Meydan sahibləri isə 119-cu dəqiqədə azlıqda qalıblar. Qapıçı Vladislav Stoyanov ikinci sarı vərəqənin ardından qovulub. Həmin vaxtadək "Ludoqorets" 3 oyunçu əvəzləməsi etdiyindən, "çərçivə" məcburiyyətdən müdafiəçi Kosmin Motiyə həvalə olunub. Nəticədə penaltilər seriyasında rumıniyalı oyunçu qapını məhz öz həmyerlilərindən qorumalı olub. Özü də o, "Styaua"nın penaltilərindən 2-ni dəf etməyi bacarıb və nəticədə "Ludoqorets" rəqibini Çempionlar Liqasından kənarlaşdırıb.
Bolqarıstan təmsilçisi bu qələbə sayəsində ən nüfuzlu klub turnirinin qrup mərhələsinə yüksəlib, Moti tarixə düşüb. "Styaua" isə mübarizəni Avropa Liqasının qrup mərhələsində davam etdirəcək.