
Müraciətdə bildirilir ki, Avropa Liqasının III təsnifat mərhələsinin "Neftçi” - "Çixura” (Gürcüstan) matçında qonaq komanda fanatlarının törətdikləri təxribat xarakterli halların qarşısı iki dost ölkənin və iki klubun birgə əməyi və səyi nəticəsində alınıb. "Pley-off" mərhələsində isə Serbiyada təşkil olunmuş "Partizan” - "Neftçi” oyunundan sonra da baş verənlər növbəti təxribatın yaşanmasına zəmin yarada bilər: "Bir daha azarkeşlərin diqqətinə çatdırırq ki, bugünkü matçda təxribata uymasınlar və komandamızı sona qədər dəstəkləsinlər".
Qeyd edək ki, "Neftçi" - "Partizan" matçı saat 21:00-da başlanacaq.