"Bu oyunda hamı bizdən qələbə gözləyirdi. Futbolda belə sürprizlər olur. Sizləri sevindirə bilmədiyim üçün üzr istəyirəm. Nfor qırmızı vərəqə almasaydı, belə olmayacaqdı. Bu gün qismətimizdə qələbə qazanmaq yox imiş”. Sportnet.az-ın məlumatına görə, bunu Serbiyanın "Partizan” klubunun baş məşqçisi Marko Nikoliç deyib.
Bu gün Avroliqanın pley-off mərhələsinin cavab görüşləri keçirilib. "Neftçi” ikinci oyunda da "Partizan”a uduzub – 1:2.
Oyundan sonra keçirilən mətbuat konfransında Hacıyev matç haqqında fikirlərini bildirib: "İstefam haqqında söhbət gedə bilməz. Bu gün "Neftçi”nin pley-offa kimi gəlməsi özü də yaxşı haldır. İndi qrupa düşməyimiz alınmadı. Bu gün ölüm, ya olum söhbəti idi. Bertuççi öz zonasında boşluqlara yol verirdi. Ona görə də ehtiyatda qaldı. Məqsəd İsayevin bir qədər zamana ehtiyacı var. O, Azərbaycan çempionatı üçün tam hazırdır. Ondan orda yararlanacağıq.
O, Bertuççinin zəif oyunu haqqında da danışıb: "Bertuççi həddindən artıq iddialı futbolçudur. O, Braziliya U-21-də oynayıb, hələ burnunda havası qalıb. Amma hücumameyilli futbolçu buraxmalıydım. Onu buraxdım. Amma çox təəssüf ki, o, ümidləri yenə doğrultmadı. Bu, mənim səhv əvəzetməm idi. Sizə elə gəlmirmi ki, Flavinyoda eniş var? O, bu il avrokubok oyunlarında heç vaxt mənim ümidlərimi doğrultmayıb. Vobay isə istənilən rəqib üçün baş bəlasıdır. O özü əvəzlənməyini istədi. Belə oyunlardan sonra mənim üçün Azərbaycan çempionatına heç bir maraq yoxdur”. (Apasport.az)