"Avropa Liqasının qrupuna düşdüyümüz üçün çox sevinirəm". Sportnet.az-ın məlumatına görə, bunu "Qarabağ"ın qapıçısı İbrahim Şehiç Bakıda komandanı qarşılayan jurnalistlərə açıqlamasında deyib.
Bosniya və herseqovinalı qolkiper bildirib ki, bu, Avropa kuboklarında yaxşı oynamalarının nəticəsidir. Lakin Şehiç qrupa düşməklə kifayətlənməyəcəklərini söyləyib: "Daha yaxşı çıxış etməliyik. İndi çempionata köklənəcəyik. Daha sonra qrup mərhələsinin oyunlarına hazırlaşacağıq".
Qeyd edək ki, "Qarabağ" Avropa Liqasının "pley-off" mərhələsində Hollandiya "Tvente"sini iki oyunun nəticəsində üstələyərək, qrup mərhələsinə yüksəlib.
1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |