
"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki oyunlarının təqvimi müəyyənləşib. Sportnet.az-ın məlumatına görə, F qrupunda yer alan Ağdam təmsilçisinin bütün ev oyunları Bakı vaxtı ilə saat 22:00-da başlanacaq.
Azərbaycan çempionu ilk görüşünü sentyabrın 18-də Fransa "Sent Etyen"inə qarşı keçirəcək. Amma təqvimdəki bir sıra məsələlər hələ dəqiqləşməyib. Rusiyadakı oyunların Bakı vaxtı ilə saat 21:00-da başlanacağı təsdiqlənsə də, Bakıdakı qarşılaşmaların start fitinin nə zaman çalınacağına gələn həftə tam aydınlıq gələcək. Eyni zamanda, "Qarabağ"la eyni qrupda olan Ukrayna "Dnepr"inin ev arenası və oyununun vaxtı da gələn həftə rəsmiləşəcək.
18 sentyabr
22:00. "Qarabağ" - "Sent Etyen" (Fransa), "Dnepr" (Ukrayna) - "İnter" (İtaliya)
2 oktyabr
00:05. "İnter" - "Qarabağ", "Sent Etyen" - "Dnepr"
23 oktyabr
00:05. "İnter" - "Sent Etyen", "Dnepr" - "Qarabağ"
6 noyabr
22:00. "Sent Etyen" - "İnter", "Qarabağ" - "Dnepr"
27 noyabr
00:05. "İnter" - "Dnepr", "Sent Etyen" - "Qarabağ"
11 dekabr
22:00. "Dnepr" - "Sent Etyen" - "Qarabağ" - "İnter".