"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasında qrup mərhələsindəki rəqibləri dəyərləndirib. Sportnet.az-ın məlumatına görə, 42 yaşlı mütəxəssis klubun rəsmi saytına açıqlamasında İtaliya "İnter"i, Fransa "Sent Etyen"i və Ukrayna "Dnepr"i ilə maraqlı görüşlərin olacağını vurğulayıb.
O deyib: "Dünya futbolunda "İnter"in mövqeyi bəllidir. Bunu müzakirə etməyə belə dəyməz. "Sent Etyen" Fransanın ən titullu komandasıdır. Cari mövsümə də olduqca yaxşı başlayıblar. "Dnepr" isə ötən mövsüm ən yaxşı dönəmini keçirib. Hazırda da çempionatda xal itirməyiblər. Bizim üçün yaxşı təcrübə olacaq. Keçirəyəcəyimiz qarşılaşmalar azarkeşlərimiz və futbol camiəsi üçün yaddaqalan alınacaq".
Qeyd edək ki, qrup mərhələsinə sentyabrın 18-də start veriləcək.