
Sorğu-sualdan sonra azarkeşlərdən çoxu buraxılıb. Lakin 7 nəfər hələ də nəzarətdədir. Bunlar "Forza Neftçi" azarkeş qrupunun rəhbəri Sübhan Əliyev, qrupun üzvləri Aqşin Qiyaslı, Qədir Qədirov, Müjdə Əliyev, Rafu Cəfərov, Zamin Əliyev və "Flaqman" fan-klubunun üzvü Cəmil Mustafayevdir.
Qeyd edək ki, nəzarətdə olan azarkeşlərin nə vaxt azadlığa buraxılacağı haqda məlumat verilmir.