İtaliya A seriyasında yeni mövsümə start verilib. Sportnet.az-ın məlumatına görə, ilk oyun günündə iki qarşılaşma keçirilib.
Açılış matçında son çempion "Yuventus” "Kyevo"nun qonağı olub. Matç turinlilərin mininal hesablı qələbəsi ilə yekunlaşıb. "Roma” isə öz meydanında "Fiorentina”ya qalib gəlib - 2:0.
Turun daha 8 qarşılaşması bu gün olacaq. Ağdamın "Qarabağ” klubunun Avropa Liqasının qrup mərhələsindəki rəqibi "İnter” ilk turda "Torino”nun qonağı olacaq.
İtaliya A seriyası, I tur
30 avqust
21:00. "Kyevo” – "Yuventus” 0:1
Qol: Biraqi, 7 (avtoqol)
23:45. "Roma” – "Fiorentina” - 2:0
Qollar: Naynqollan, 29. Jervinyo, 90+3
31 avqust
21:00.
"Atalanta” – "Verona” - 0:0
21:00. "Milan” – "Latsiyo” - 3:1
Qol: Honda, 8; Muntari, 56; Menez, 64 - Aleks, 67 (öz qapısına)
23:45. "Çezena” – "Parma” - 1:0
23:45. "Cenoa” – "Napoli” - 1:2
Qol: Pinilya, 40 - Kalyexon, 3. De Quzman, 90+5
23:45. "Palermo” – "Sampdoriya” - 1:1
Qol: Dibala, 7 - Qastaldello, 90+1
23:45. "Sassuolo” – "Kalyari” - 1:1
Qollar: S.Zaza, 42 - M.Sou, 44
23:45.
"Torino” – "İnter” - 0:0
23:45. "Udineze” – "Empoli” - 2:0
Qollar: Di Natale, 57; 62