
Fransanın "Sent Etyen" klubunun futbolçusu Jeremi Kleman Avropa Liqasının qrup mərhələsində keçirəcəkləri ilk oyun haqda danışıb. Sportnet.az-ın məlumatına görə, fransalı yarımmüdafiəçi Azərbaycan təmsilçisi haqda heç bir məlumatının olmadığını açıqlayıb.
O deyib: "Şəxsən mən "Qarabağ” barədə heç nə bilmirəm. Sadəcə, Azərbaycanın harda yerləşdiyini və bizi 5 saatlıq uçuşun gözlədiyini deyə bilərəm”.
Qeyd edək ki, "Qarabağ” və "Sent Etyen” arasındakı ilk oyun sentyabrın 18-də Bakıda baş tutacaq.













































































