Avropa Liqasının qrup mərhələsinin ilk turunda "Qarabağ"ın qonağı olacaq Fransa "Sent Etyen"inin Bakıya gətirdiyi heyət müəyyənləşib. Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, baş məşqçi Kristof Qaltye 19 futbolçu ilə yola çıxıb.
Heyətdə zədəli Romen Amuma, Frank Tabanu və Kevin Teofile-Katerin, eləcə də baş məşqçinin qərarı ilə Rikki van Volfsfinkel və Loik Perrin kənarda qalıb. Əvəzində bir neçə gün öncə zədəsini sağaltmış Fransua Kler paytaxtımıza gətirilib.
Bakıya gələn futbolçular:
Qapıçılar: 16. Stefan Ruffye, 30. Jessy Mulin, 1. Baptist Valett
Müdafiəçilər: 26. Mustafa Bayal Sall, 20. Jonatan Brizon, 19. Florentin Poqba, 23. Pol Bayss, 29. Fransua Klerk, Jerrold Nyemek
Yarımmüdafiəçilər: 10. Reno Koad, 18. Fabyan Lemuan, 6. Jeremi KlemanŞ 8. Benjamin Cornye, 28. İsmael Diomand.
Hücumçular: 9. Mevlüt Erdinç, 22. Kevin Monne-Pake, 11. Yoan Mollo, 12. Allan Sen-Maksimin, 7. Maks-Alen Qradel
Qeyd edək ki, sentyabrın 18-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Sent Etyen" matçı saat 21:00-da başlanacaq.