Sportnet.az-ın məlumatına görə, bunu Fransa "Sent Etyen"inin baş məşqçisi Kristof Qaltye "Qarabağ"la Avropa Liqası matçı öncəsi mətbuat konfransı keçirib. Sportnet.az-ın məlumatına görə, 48 yaşlı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb...
- Avropa Liqasında məqsədiniz nədir?
- Bu mövsüm Fransa Liqasında əla mövsüm keçiririk. Avroliqada da yaxşı təcrübə qazanacağımıza ümidliyik.
- Zədəli oyunçuların son durumu necədir?
- Zədəlilərdən biri topuğundan xəsarət alıb. Digərlərinin ayağından problemləri var. Onları buraxmağa risk etmirəm. Bir oyunçumuz isə ailə problemləri üzündən Hollandiyada qalıb.
- Bu oyuna necə hazırlaşmısınız?
- Çox yaxşı. Komandamız əla vəziyyətdədir. Meydanda əlimizdən gələn hər şeyi edəcəyik.
- "Qarabağ"ın güclü və zəif cəhətləri barədə nə bilirsiniz?
- Ötən həftəsonu nümayəndəmiz rəqibin oyunlarını izləyib. Biz də "Qarabağ"ın Avroliqadakı bütün oyunlarına baxmışıq. "Qarabağ"ın təcrübəsi bizdən çoxdur və daha çox medala layiq görülüb. Bu komandanın oyunçuları millinin heyətiində yer alıb. Cənubi amerikalı futbolçular daha çox qol vururlar.
-
Yox, qorxu yoxdur. Biz oyunumuzu ortaya qoyaraq, qələbə qazanmağa çalışacağıq. Amma yenə deyirəm, rəqibin avrokubok təcrübəsi bizdən çoxdur.
- Ola bilərmi ki, bu oyuna ciddi yanaşmayasınız?
- "Sent Etyen" Avroliqaya böyük maraq göstərir. Bunu özünüz də görəcəksiniz. Komandamız növbəti mərhələyə çıxmağa layiqdir. Razı deyiləm, "böyük beşlik" klubları Avroliqaya böyük maraq göstərir.
- Danışığınızdan elə görünür ki, "Qarabağ"dan çəkinirsiniz. Ola bilərmi ki, müdafiə futbolu oynayasınız?
- Heç bir komanda Avrokubokda açıq futbol oynamır. Kim oynayırsa, tez cəzalanır. Digər matçlara da baxaraq, öz oyunumuzu ortaya qoyacağıq.
- Rəqibin təcrübəli olduğunu dediniz. Bəs uduzsanız, məyus olacaqsınız, yoxsa adi qəbul edəcəksiniz?
- Heç kim uduzanda sevinmir. Mən də çox məyus oluram.
- Amma Fransada PSJ, "Marsel", "Lion" kimi klublara qarşı çıxış edirsiniz...
- "Qarabağ"ın təcrübəli olmasını qazandığı qələbələr deyir. Amma biz də öz daxili çempionat təcrübəmizdən yararlanaraq, qələbə qazanmağa çalışacağıq.
- "Qarabağ"ın ev oyunlarını Bakıda keçirməsinin səbəbi ilə maraqlanmısınız?
- Mən yalnız futbol haqda danışmaq istəyirəm. "Qarabağ"ın son oyunlarını izləmişəm. Zəif və güclü nöqtələrini qeyd etmişik.
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |