Qrupda yer aldınsa, artıq ona görə davranmalı ve ona görə oynamalısan. Rəqib hər zamankı kimi önəmlidir. Amma artıq ikinci plandadır. Ön planda isə "Qarabağ"ın özünəinamının səviyyəsi!
"Sent Etyen" Fransa futbolunun tipik təmsilçisidir. Rəqibə hörmət göstərmək lazımdır. Amma rəqibdən ziyadə, "Qarabağ"ın baş məşqçisi, mənim yaxın dostum Qurban Qurbanov öz futbolcularını bu matçlara xüsusən psixoloji cəhətdən ən optimal formada hazırlamalıdır.
"Matçlara" deyirəm. Çünki qrupda hər komanda 6 oyun keçirəcək. Növbəti mərhələyə vəsiqələri daha çox xal toplayan 2 komanda alır. Hər şey birinci matçtan asılı deyil. Bu səbəbdən, qarşılaşmaların strategiyasını da yaxşı qurmak lazımdır. Yəni, birinci matçda çox ağılllı oynamaq, taktiki cəhətdən oyun konsepsiyasını və strategiyasını düzgün qurmaq, qol buraxmadan ''Peyğəmbər səbri" ilə qələbə topu və ya qolları axtarmaq lazımdır. Daha konkreti, "Qarabağ" çox ağıllı oynamalı və növbəti mərhələ şanslarını ikinci tura da daşımalıdır. Çünki "Qarabağ" qrupdakı ilk matçında müsbət nəticə əldə etsə, futbolçularının digər matçlara özünəinamı qat-qat artacaq. Bu üzden çox səbirli oynamaq lazımdır.
Yadınızdadır, "Qarabağ" "pley-off" mərhələsinin ilk oyununda da evində Hollandiya "Tvente"si ilə qolsuz heç-heçə etmişdi. Hər kəs Azərbaycan çempionunun cavab görüşündə uduzacağını düşünərək, çox yanıldı. "Qarabağ" cavab görüşündə qollu heç-heçə ilə mərhələ adladı. Fikrimcə, eyni strategiya və eyni anlayışla "Sent Etyen"lə matça da çıxmaq lazımdır. "Qarabağ"a uğurlar!
Sevgi və sayqılarımla
Naci ŞENSOY