
"Qarabağ" və Fransa "Sent Etyen"in arasında keçirilən Avropa Liqasının qrup mərhələsinin ilk tur matçında Tofiq Bəhramov adına Respublika stadionunda bayraq şousu yaşanıb. Sportnet.az-ın məlumatına görə, nəhəng Azərbaycan bayrağı ikinci hissənin əvvəlində açılaraq, tribuna boyunca hərəkət etdirilib.
Lakin bu zaman xoşagəlməz hal yaşanıb: Bayrağın yuxarı hissəsi cırılıb. Bununla belə, bayraq sonadək hərəkət etdirilib.