
"Maraqlı oyun keçdi. Belə dəstəyə görə azarkeşlərə minnətdaram". Sportnet.az-ın məlumatına görə, bunu "Qarabağ"ın futbolçusu Maksim Medvedev Fransa "Sent Etyen"i ilə Avropa Liqasının ilk tur matçından sonra deyib.
Medvedev 0:0 hesablı heç-heçədən təəssüfləndiklərini bildirib: "Təəssüf edirəm ki, əlimizə düşən qol imkanlarından yararlana bilmədik. Reynaldo ən azı bir epizodda fərqlənə bilərdi. Buna görə də hesab edirəm ki, bu gün 2 xal itirdik".