
"Maraqlı futbol oynadıq. Çoxsaylı hücumlar qurduq". Sportnet.az-ın məlumatına görə, bunu "Qarabağ"ın kapitanı Fransa "Sent Etyen"i ilə oyundan sonra deyib.
Sadıqov bildirib ki, rəqib yaxşı müdafiə olunurdu: "Qol epizodlarımız olsa da, yararlana bilmədik. Reynaldonun qol epizodlarını qaçırmasını qəbahət saymıram. Bu, futboldur, hər şey olur. Oyun var ki, nə qədər zərbə endirsən də, alınmır. Təəssüflər olsun ki, imkanlarımızdan istifadə edə bilmədik. Futbolda "vurmalı idi" deyimi yoxdur. Yaxşı oynayırsansa, şərt deyil ki, mütləq qələbə qazanmalısan. Amma çox yaxşı olardı ki, qrup mərhələsinə 3 xalla başlayaq".
Qeyd edək ki, oyun qolsuz başa çatıb - 0:0.