
"Qarabağ" klubu Avropa Liqasının qrup mərhələsində Fransa "Sent Etyen"i ilə oyun zamanı şok itki ilə üzləşib. Klubun mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, ilk yarının sonlarında zədələnən Çumbinyonun tibbi müayinəsinin nəticəsi açıqlanıb.
Braziliyalı yarımmüdafiəçinin ön çarpaz bağlarında qırıq aşkarlanıb. "Sambaçı" 5 ayadək yaşıl meydanlardan uzaq qalacaq.