Bununla da 48 yaşlı mütəxəssis Bakıdakı görüş barədə yerli mətbuatın yazdıqlarına qarşı çıxıb: "Azərbaycandakı oyunumuz ola bilsin, orta səviyyəli idi. Amma avrokubok qarşılaşmasında, özü də səfərdə heç-heçəyə nail olmaq, Fransa mətbuatının yazdıqlarının əksinə, yaxşı nəticədir".
Fransa çempionatının 6-cı turunda "Sent Etyen" azərbaycanlı iş adamı Hafiz Məmmədova məxsus "Lans"ı minimal hesabla yenib - 1:0. Qaltye "Qarabağ"la səfər matçından doğan yorğunluğun "Lans"la görüşə təsiri ehtimalını istisna etməyib: "Amma biz hədəfimizdən dönməmişik. Komandamın xarakterindən və sıralarımıza dönənlərin ortaya qoyduqları oyundan zövq aldım".