Onun sözlərinə görə, "Qarabağ" Fransa "Sent Etyen"i ilə Avropa Liqasının qrup mərhələsindəki ilk tur matçında qələbəyə layiq çıxış edib: "Həqiqətən "Qarabağ” çox yaxşı, alqışalayiq futbol nümayiş etdirir. Davamı da gəlsin. Təkcə "Qarabağ" üçün yox, Azərbaycan futbolu adına çalışırlar. "Sent Etyen”ə qarşı həqiqətən də super oynadılar. Layiqli nəticə olmasa da, qələbəyə layiq idilər".
Məmmədovun fikrincə, qrup mərhələsindən sonra "Qarabağ"ın futbolçuları Avropanın daha güclü klublarının maraq dairəsinə düşə və ölkəmizi təmsil edə bilərlər: "Niyə də olmasın?"
Pleymeker hazırkı klubunun İtaliyadakı adaşı ilə keçmiş komandası arasında oktyabrın 2-də Milanda baş tutacaq Avroliqanın növbəti tur matçına da toxunub: "Əlbəttə, "İnter” kağız üzərində favoritdir, böyük komandadır. Amma, "Qarabağ” da göstərdi ki, hər bir komanda ilə oynaya bilər. Futbolçular da bunun fərqindədirlər".
Qeyd edək ki, Elvin Məmmədov 2009 - 2011-ci illərdə "Qarabağ"ın şərəfini qoruyub.