
Futbol üzrə Çempionlar Liqasında II turun ilk 8 oyunu keçirilib. Sportnet.az-ın məlumatına görə, ilk oyun günündə daha çox İngiltərə və Fransadakı görüşlər diqqətlər mərkəzində olub.
Birinci turu Rusiya MOİK-i üzərində 5:1 hesablı qələbə ilə başa vurmuş İtaliya "Roması "Mançester Siti"nin, Kipr APOEL-inə minimal hesabla qalib gəlmiş İspaniya "Barselona"sı isə PSJ-nin qonağı olub. "Şəhərlilər" ilk turda Almaniya "Bavariya"sına 0:1 hesabı ilə uduzduqlarından, bu görüşdən qalib ayrılmağa daha çox ehtiyac duyurdular. Amma "Roma" səfərdən heç-heçə ilə ayrılmağı bacarıb. Paris təmsilçisi isə lideri Zlatan İbrahimoviçsiz "Barsa"ya qalib gələrək, günün gözlənilməz nəticələrindən birini gerçəkləşdirib. İspaniyanın digər təmsilçisi "Atletik"in Belarusda BATE-yə uduzmasını isə gecənin sensasiyası adlandırmaq olar.
Ümumiyyətlə, 8 oyundan yarısı heç-heçə, o cümlədən, 3 matç 1:1 hesablı bərabərliklə nəticələnib. Türkiyəli referi Cüneyt Çakırın idarə etdiyi görüşdə isə Ukrayna "Şaxtyor"u Portuqaliya "Portu"su üzərində 2:0 hesablı qələbəni qoruya bilməyib. Son dəqiqələrdə 2 qol vuran "Portu" heç-heçəyə nail olub.
30 sentyabr
E qrupu
21:00. MOİK (Moskva, Rusiya) - "Bavariya" (Almaniya) - 0:1
Qol: Tomas Müller, 22-penalti ilə
23:45. "Mançester Siti" (İngiltərə) - "Roma" (İtaliya) - 1:1
Qol: Serxio Aquero, 5 - Françesko Totti, 23
Xal durumu: "Bavariya" - 6, "Roma" - 4, "Mançester Siti" - 1, MOİK - 0. Xal durumu:
F qrupu
23:45. PSJ (Fransa) - "Barselona" (İspaniya) - 3:2
Qollar: David Luis, 10. Marko Verratti, 26. Jeremi Matuidi, 54 - Lionel Messi, 12. Neymar, 56
23:45. APOEL (Kipr) - "Ayaks" (Hollandiya) - 1:1
Qol: Qustavo Manduka, 31-penalti ilə - Lukas Andersen, 28
Xal durumu: PSJ - 4, "Barselona" - 3, "Ayaks" - 2, APOEL - 1.
G qrupu
23:45. "Sportinq" (Portuqaliya) - "Çelsi" (İngiltərə) - 0:1
Qol: Nemanya Matiç, 34
23:45. "Şalke" (Almaniya) - "Maribor" (Sloveniya) - 1:1
Qollar: Klas Yan-Huntelar 56. - Demyan Bohar, 37
Xal durumu: "Çelsi" - 4, "Şalke" - 2, "Maribor" - 2, "Sportinq" - 1.
H qrupu
23:45. "Şaxtyor" (Ukrayna) - "Portu" (Portuqaliya) - 2:2
Qol: Aleks Teşeriya, 53. Luis Adriano, 85 - Cekson Martinez, 89. 90+2
23:45. BATE (Belarus) - "Atletik" (İspaniya) - 2:1
Qol: Denis Polyakov, 19. Aleksandr Karnitski, 41. - Aritz Aduriz, 44.
Xal durumu: "Portu" - 4, "Atletik" - 2, "Şaxtyor" - 2, BATE - 1.