"Qarabağ" ilə oyunun əhəmiyyətini dərk edirik. Çətin oyun olacaq. Çalışacağıq ki, qələbə qazanıb, azarkeşlərimizi sevindirək. Vəzifəmizi yerinə yetirməliyik. Bütün komanda Avroliqada bir matçın nə dərəcədə vacib olduğundan xəbərdardır”. Sportnet.az-ın məlumatına görə, bu sözləri İtaliya "İnter”inin hücumçusu Mauro İkardi "Qarabağ”la Avropa Liqasının qrup mərhələsinin II tur öncəsi deyib.
21 yaşlı futbolçu ölkə çempionatının son turunda "Kalyari” ilə oyundakı uğursuzluğa da toxunub: "Biz çox məyus olduq. Ancaq indi əsas məqsəd son oyunu analiz edib, qarşıdakı oyunda eyni səhvləri buraxmamaqdır”.

İkardi bu gün 51 yaşı tamamlanan baş məşqçisi Valter Matsariyə isə edə biləcəkləri ən böyük hədiyyənin qazanılacaq qələbə olduğunu bildirib.