
"Qarabağ" klubu Avropa Liqasında tarixi uğura imza atıb. Sportnet.az-ın məlumatına görə, Azərbaycan çempionu təkcə avrokubokların qrup mərhələsində özünün deyil, həm də Azərbaycan təmsilçiləri arasında ilk qələbəni qazanıb.
2 il öncə "Neftçi" də Avroliqanın qrup mərhələsində oynamış, amma 2 heç-heçə ilə kifayətlənmişdi. "Qarabağ" isə Ukraynada "Dnepr" üzərində 1:0 hesablı səfər qələbəsi sayəsində xallarını 4-ə çatdırır və F qrupunda paralel keçən matçda Fransa "Sent Etyen"inin İtaliya "İnter"i ilə 0:0 hesablı heç-heçə etməsi səbəbindən 2-ci pilləyə yüksəlib. "İnter" turu 7 xalla 1-ci, "Sent Etyen" 3 xalla 3-cü, "Dnepr" isə 1 xalla 4-cü pillədə başa vurub.