"Ağır oyun oldu. Düşünürəm ki, matçın sonları daha gərgin keçdi. Yaxşı komandaya qarşı oynadıq". Bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsində 1:0 hesabı ilə qalib gəldikləri Ukrayna "Dnepr"i ilə görüşdən sonra mətbuat konfransında deyib.
42 yaşlı mütəxəssis "Dnepr"lə Bakıdakı oyunun daha ağır keçəcəyini bildirib: "Rəqib topla yaxşı davranır".
Azarkeşləri təbrik edən Qurbanov bildirib ki, yerli komandanın da azarkeşləri çox olsaydı, oyun daha maraqlı keçə bilərdi.
"Qarabağ"ın baş məşqçisi F qrupunda 2-ci pilləni sonadək qoruya biləcəklərini söyləməyin hələ tez olduğunu əlavə edib: "Gəlin, ikinci pillə haqda yox, qarşıdakı oyunu fikirləşək. "Dnepr"lə Bakıdakı oyun daha ağır keçəcək. Bu görüşə daha ciddi hazırlaşacağıq. Mətbuatda qrup mərhələsini ikinci pillədə başa vura bilmə şansımızın olması barədə yazılar getsə, bu, futbolçulara da psixoloji olaraq pis təsir edə bilər" (qol.az).