Avropa
Liqasında "Qarabağ”ın
rəqib olan Ukraynanın "Dnepr” klubunun baş məşqçisi Miron Markoviç sabahkı
oyundan öncə yerli jurnalistlərin suallarını cavablayıb. Sportnet.az-ın məlumatına
görə, baş məşqçi oyunun kifayət qədər gərgin keçəcəyini vurğulayıb.
Markoviç
"Qarabağı” layiqli rəqib adlandırıb: "Qarabağ” kifayət qədər layiqli komandadır
və indi öz meydanlarında oynayırlar. Yəqin ki, onların əsas vəzifəsi qələbə
qazanmaq olacaq. Lakin bizim də başqa çıxış yolumuz yoxdu”.
Baş məşqçi oyun haqda da fikirlərini bildirib: "Öz oyunumuzu oynamalıyıq. Təəssüf ki, Avropa Liqasında özümüzü lazımi qədər göstərə bilmirik. Bu əsasdır. Komandanın liderləri bacardıqlarını göstərməlidirlər. Ukrayna çempionatının son turundakı məğlubiyyəti unutmaq lazımdır. İrəliyə baxmalıyıq. Hələ ki, nə Avropa Liqasında, nə də daxili çempionatda heç nə itirlməyib”.