Azərbaycanın
"Qarabağ" futbol komandasının baş məşqçisi Qurban Qurbanov Ukraynanın
"Dnepr" klubu ilə oyundan öncə Tofiq Bəhramov adına Respublika
stadionunun qapılarından birinin aşması nəticəsində
klubunazarkeşiSabir Mirzəyevə baş çəkib. Xəstənin qohumlarının verdiyi məlumata görə, 42 yaşlı mütəxəssis matçdan sonra
gecə saat 2:00 radələrində yaralının müalicə aldığı 1 saylı Şəhər Klinik
Xəstəxanasına yollanıb.
O, zərərçəkənə şəfa diləyib və atası ilə də görüşərək,
onunla söhbət edib. Öz növbəsində ata Mirzəyev "Qarabağ" naminə hər
şeyə hazır olduqlarını söyləyib. Qurbanovla yanaşı, klub rəsmiləri də
xəstəxanaya baş çəkiblər.
Qeyd edək ki, əslən Füzulidən olan Sabir Mirzəyev
Sumqayıtda yaşayır. Hazırda xəstənin həyati təhlükəsi yoxdur və bu gün əməliyyat
olunacaq. (Report.az)
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |