 

Voleybolçu qadınlar arasında Azərbaycan Super Liqasının II turunda "Lokomotiv”ə məğlub olan "Azərreyl” klubunun baş məşqçisi Vüqar Əliyevin Sportnet.az-a müsahibəsi...
	
	- Məğlub
oldunuz. Oyunla bağlı nə deyə bilərsiniz?
		- Çalışırıq, amma 2 oyundu məğlub oluruq. Gənc oyunçularımız çoxdu, vaxt ötdükcə təcrübə qazanacağıq. Qalib də gələ bilərdik, ancaq olmadı. Bizə vaxt lazımdı.
	
	- 2 oyun dalbadal məğlub
olmaq klubda problemlərə yol aça bilərmi?
	- Xeyr problem
olmayacaq, çünki səhvlərimizin fərqindəyik və tezliklə bunları düzəldəcəyik.
	
	- Oyun zamanı tez-tez
əsəbləşirdiniz bunun səbəbi nə idi?
	- Məğlub vəziyyətdəydik və oyunçularım səhv
edirdilər, tapşırıqlarımı düzgün yerinə yetirmirdilər ona görə əsəbləşirdim, həm
də özümdən asılı deyildi.
	
	- Hətta bir epizodda
Kotitonun əlindəki topa vurdunuz.
	- Bəli, Kotito məni çox
əsəbləşdirdi. Ona demişdim topa bax, o isə basqa yerə baxırdı. Kotitonun
fikri oyunda deyildi.
	
	- Oyunçularınız zəif çıxış
edir. Bu transferlər sizin rəyinizlə olub yoxsa menecerlər tərəfindən transfer
edilib?
	- Oyunçular kulubumuzun
istəyiylə alınıb.
	
	
- Yəni, sizin rəyiniz alınmayıb?
			- Yox. Həm mənim, həmdə kulub
tərəfindən bəyənilərək alınıb.
			
			Orxan QASIMLI








 
                 





 
     
     
     
     
     
     
     
     
     
    
























































