Rusiyanın Soçi şəhərində hindistanlı
Vişvanatan Anandla norveçli Maqnus Karlsen arasında şahmat üzrə dünya
çempionluğu uğrunda matçda 4-cü tur arxada qalıb. Sportnet.az-ın məlumatına görə, Karlsen ağ fiqurlarla Anandın müqavimətini qıra bilməyib.
47-ci gedişdən sonra tərəflər "sülh"ə razılaşıblar - 0,5:0,5. Bununla da ümumi hesab yenə bərabər qalıb - 2:2.
Qeyd edək ki, Vişvanatan Anandla Maqnus Karlsen arasında görüş 12 turdan ibarət olacaq. Qrossmeysterlər 12 dəfə üz-üzə gələcəklər. Heç-heçə təqdirində, qalib tay-breyklə müəyyənləşəcək. Ümumi mükafat fondu 1 milyon avrodur.