Azərbaycan şahmatçısı Teymur Rəcəbov dünya
çempionluğu uğrunda matçın 3-cü turunda hindistanlı Vişvanatan Anandın norveçli
Maqnus Karlsen üzərində qələbəsinə reaksiya verib. Sportnet.az-ın məlumatına
görə, Rəcəbov şəxsi "Twitter" hesabında artıq heç bir proqnoz
verilməməsini xahiş edib.
27 yaşlı şahmatçı fikirlərini belə əsaslandırıb: "Bu,
küçə döyüşü deyil".
Qeyd edək ki, Maqnus Karlsenlə Vişvanatan Anand arasındakı
qarşılaşmanın ilk turu heç-heçə ilə nəticələnib. Növbəti turda Karlsen qalib
gəldikdən sonra çoxları norveçli qrossmeysterin dünya çempionluğunu
qoruyacağını bildirib. Lakin 3-cü turda Anand qalib gələrək, ümumi hesabı
bərabərləşdirib - 1,5:1,5. Tərəflər ən azı daha 9 tur oynayacaqlar.