Azərbaycanlı
şahmatçı Şəhriyar Məmmədyarov Mixail Talın xatirəsinə həsr olunmuş
turnirin qalibi olub. Sportnet.az-ın məlumatına görə, Soçidə təşkil olunan
turnirdə təmsilçimiz 1-ci yeri tutub.
Məmmədyarov ilk turu ən yaxın izləyicisi Aleksandr
Qrişuku 2 xal qabaqlayaraq lider başa vurub. Ancaq ikinci tur mübarizə daha da
qızışıb. Son turdan öncə Məmmədyarov Qrişuku yarım xal qabaqlayırdı.
Lakin sonuncu turda həmyerlimiz Sergey Karyakini məğlub edərək 16 xalla turnirin qalibi adını qazanıb.