Azərbaycan millisi və "Qarabağ” klubunun futbolçu Rəşad Sadıqov
zədələnib. Sportnet.az-ın əldə etdiyi məlumata görə, belindən xəsarət alan
təcrübəli müdafiəçi ən azı 3 həftə yaşıl meydanlardan uzaq qalacaq.
Sadıqovun zədəsinin ciddi olmasını yığma komandamızın
məşqçisi Mahmud Qurbanov da təsdiqləyib. Onun sözlərinə görə futbolçu ABŞ-la
oyundan 2 gün əvvəl keçirilən məşq zamanı sıradan çıxıb. Qurbanov onun köhnə
zədəsinin yenidən büruzə verdiyini də əlavə edib.
Qeyd edək ki, Sadıqov bu səbəbdən millimizin ABŞ-la oyununda iştirak etməyib.