Koreyanın
Jeju şəhərində boks üzrə qadınlar arasında dünya çempionatı davam edir. Sportnet.az-ın
məlumatın görə, Azərbaycan milli komandasının iki üzvü yarımfinala vəsiqə
qazanaraq, yarışın medallarını özlərinə təmin ediblər.
Avropa çempionu Yelena Vıstropova (69 kq) ¼ finalda ABŞ təmsilçisi Danielle
Volf üzərində qələbə qazanıb -2:1. Boksçumuz yarımfinalda Panama idmançısı
Athena Bilonla qarşılaşacaq.
60
kq çəki dərəcəsində çıxış edən Yana Alekseyeva da yarımfinala yüksəlib. Milli
komandamızın üzvü ¼ finalda avstraliyalı Şelli Votsu mübarizədən kənarlaşdırıb
– 3:0. Alekseyevanın növbəti rəqibi Fransa təmsilçisi Estell Mosseli olacaq.
Anna
Əlimardanova isə (54 kq) ¼ finalda uduzaraq, medal qazanmaq şansını itirib.
Millimizin üzvü türkiyəli Ayşə Taşa məğlub olub – 0:3.
Qeyd edək ki, yarımfinal görüşləri noyabrın 23-də, final görüşləri isə bundan bir gün sonra olacaq.