Bu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasında IV
turun son oyunu keçirilib. Sportnet.az-ın
məlumatına görə, Voleybol Mərkəzində baş tutan matçda "Azəryol” "Telekom”la
qarşılaşıb.
Qarşılaşmanın gərgin
keçəcəyi gözlənilsə də belə olmayıb. Qonşu
pillərdə qərarlaşan komandalardan "Azəryol” rəqibinə bir set də verməyərək quru hesabla qalib gəlib - 3:0. Bu nəticədən sonra "Rabitə" ilə xallarını bərabərləşdirən "Azəryol" set fərqinə görə ikinci pilləyə yüksəlib.
22 noyabr
IV tur
18:00. "Azəryol” – "Telekom” - 3:0 (25:22; 25:16; 25:17)
Voleybol Mərkəzi
Komandalar |
O |
Q |
M |
S-F |
X |
"Lokomotiv” |
4 |
4 |
0 |
12-6 |
10 |
"Azəryol” |
3 |
2 |
1 |
8-3 |
7 |
"Rabitə” |
3 |
2 |
1 |
8-3 |
7 |
"Telekom” |
3 |
0 |
3 |
1-9 |
0 |
"Azərreyl” |
3 |
0 |
3 |
1-9 |
0 |
Qeyd edək ki, turun ilk
matçında "Lokomotiv” "Rabitə”yə 3:2 hesabı ilə qalib gəlib.