Cənubi Koreyanın Jeju şəhərində keçirilən
boks üzrə qadınlar arasında dünya çempionatına yekun vurulub. Sportnet.az-ınməlumatına görə, Azərbaycan milli komandası yarışda 1 gümüş və 1 bürünc medal
qazanıb.
Gümüş medala 60 kq çəki dərəcəsində yer alan Yana Alekseyeva yiyələnib. O,
finalda irlandiyalı olimpiya, 5 qat dünya və 6 qat Avropa çempionu Keti
Teylorla qarşılaşıb. Alekseyeva rəqibinə layiqli müqavimət göstərsə də,
hakimlər qələbəni Teylora veriblər.
69 kq çəkidə mübarizə aparan Avropa çempionu, əvvəlki dünya çempionatının gümüş
mükafatçısı Yelena Vıstropova bu dəfə bürünc medalla kifayətlənib. O,
yarımfinalda panamalı Asena Bilona məğlub olub.
Qeyd edək ki, Azərbaycan millisi 2 il əvvəl Çində keçirilmiş dünya
çempionatında 1 gümüş medal qazanmışdı. Həmin vaxt Yelena
Vıstropova gümüş medala və 2012-ci il London Yay Olimpiya Oyunlarına
lisenziyaya sahib
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |