
"Qalatasaray”ın sabiq baş məşqçisi Roberto Mançini
"sarı-qırmızılar”a böyük jest edib. Sportnet.az-ın
məlumatına görə, o, klubun rəsmi "Tvitter" hesabındakı "Bu gün
günlərdən Galatasaray" yazısını və şəkili öz hesabında paylaşaraq,
"sarı-qırmızılar"a dəstəyini nümayiş etdirib.
"Qalatasaray”dan ayrıldıqdan
sonra sabiq klubu "Qarabağ”ın Avropa Liqasındakı rəqibi İtaliya "İnter”i ilə anlaşan
Mançini bu jestindən sonra "CimBom” azarkeşləri tərəfindən böyük rəğbət
toplayıb.
Qeyd edək ki, "Qalatasaray” bu axşam Çempionlar Liqasında "Anderlext”lə qarşılaşacaq.