UEFA
klubların əmsallar cədvəlini açıqlayıb. Sportnet.az-ın məlumatına görə, Azərbaycan
bu siyahıda 7 klubla təmsil olunur.
Ən
yaxşı nəticə UEFA Avropa Liqasında mübarizə aparan "Qarabağ”dadır. Komandamız
son matçda Fransanın "Sent-Etyen” komandası ilə heç–heçə (1:1) edərək ümumi reytinqdə
6 pillə irəliləyib. Aktivində 10,450 xal olan Ağdam təmsilçisi 164-cü pillədən 158-ci
sıraya yüksəlib. UEFA
reytinqində 2014/2015-ci sezonu göstəricilərinə görə isə 239 komandanın yer
aldığı reytinq cədvəlində 65-ci pillədədir.
Ümumilikdə isə cədvələ Çempionlar Liqasının son qalibi "Real Madrid” komandası
başçılıq edir. "Barselona” 2-ci, "Bavariya” isə 3-cüdür.
Digər
klublarımızın əmsalları və yerləşdikləri sıralama isə belədir:
175. "Neftçi” (4 pillə geriləyib)
271. "İnter” (mövqeyi dəyişməyib)
298. "Xəzər Lənkəran” (1 pillə irəliləyib)
338. "Bakı” (3 pillə irəliləyib)
359. "Qəbələ” (4 pillə irəliləyib)
362.
AZAL (3 pillə irəliləyib)
Ölkəmizin reytinqində isə dəyişiklik olmayıb. "Qarabağ”ın "Sent-Etyen”lə heç-heçəsindən sonra hesabındakı xalları 12,250-yə çatdıran Azərbaycan yenə 29-cu pillədədir.