
Mircavadov deyib: "Müsabiqəni izləmədim. Lakin sonradan "MİR” telekanalında süjetə baxdım. Qalib müğənninin saqqalını gördükdə elə bildim kişidir. Sonra dedilər ki, kişi deyil, qadındı. Axır baş aça bilmədim, o, qadındır, ya kişi”.
Təcrübəli mütəxəssisin fikrincə, belə hallar Avropaya yaraşmır: "Avropa səliqəli, mədəni yerdir. Anlamadım bunu hardan tapıb gətiriblər. Belə olmaz, bu, biabırçılıq, rüsvayçılıqdır”.
Gənc futbolçulardan isə "Qəbələ"nin müdafiəçisi Ruslan Tağızadə danışıb. 21 yaşlı oyunçu Sportnet.az-a açıqlamasında bildirib ki, bu qalibiyyəti doğru hesab etmir: "İzləməmişəm, amma qalibə baxdım ki, avstriyalı Konçitadır, nə kişiyə oxşayır, nə də qadına. Qələbəyə layiq görmədim. Belə bir insanın qalib olması mənə çox maraqlı gəldi”.
Sevinc XANQIZI